NƏSƏFİ HAFİZƏDDİN

(710/1310-cu ildə vəfat etmişdir) – dövrünün tanınmış ilahiyyatçısı olmuşdur. O, Mavərənnəhrdə doğulmuş və orada dövrünün tanınmış alimlərindən dərs almışdır. Təhsilini tamamladıqdan sonra Kirmanda və başqa şəhərlərdə müəllimlik etmişdir. Elm arxasınca bir çox yerlərə səyahətə çıxmışdır. Nəsəfi İslam dünyasında ən məşhur kitabların müəllifidir. Daha çox hənəfi fiqhinə həsr edilmiş əsərləri ilə tanınmışdır. Onu, bu məzhəbin sonuncu alimi kimi sayanlar da vardır. Onun “Kənzüd-Dəqaiq” (İncəliklərin xəzinəsi) adlı kitabı hənəfi məzhəbinin ən nüfuzlu kitablarından biridir. Onun həmçinin təfsirə aid kitabı da mövcuddur. Bütövlükdə Nəsəfinin 20-yə qədər kitabı işıq üzü görmüşdür. Nəsəfi kəlam (I) alimi kimi də tanınmışdır. O, məturidiliyi inkişaf etdirmiş, kəlamın metodları ilə qərmətilər, mütəzililər və başqa dini-fəlsəfi cərəyanlarla elmi mübahisələrə girişmiş, ənənəvi İslamı müdafiə etmişdir.
NƏSAİ ƏHMƏD
NƏSX VƏ MƏNSUX